banner
banner

İdman

“Fiorentina”nın baş məşqçisi: "Matç heç də asan olmadı"

“Fiorentina”nın baş məşqçisi: "Matç heç də asan olmadı"
Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı olan Florensiya təmsilçisi meydandan 2:1 hesablı qələbə ilə ayrılıb.
 
Musavat.com xəbər verir ki, matçdan sonra mətbuat konfransı keçirən “Fiorentina”nın baş məşqçisi Paulo Souza oyun haqqında bunları deyib:
 
“Heç vaxt uduzmaq barədə düşünmürük. Bu gözəl futbol oynayan komandaya qarşı oynadıq. Həmkarımı təbrik edirəm. Həqiqətən də, bizə qarşı layiqli mübarizə apardılar. Sadəcə biz daha üstün oynadıq və qələbə qazandıq”.
 
- Oyun sizin üçün çətin keçdimi?
 
- Bəli, matç heç də asan olmadı. Gözəl, hücum futbolu sərgiləyən rəqibə qarşı oynadıq. Buna baxmayaraq, qələbə qazanmağı bacardıq. Komandanın qarşısında duran vəzifə yolumuza bu cür davam etməkdir.
 
- Qırmızı vərəqə alan Kiezanın təcrübəsizliyi hiss olundumu?
 
- Kieza yeni-yeni heyətə düşür. Gənc futbolçudur. O, gələcəkdə özünü daha da inkişaf etdirəcək. Biz hər bir oyunçunun üzərində işləyirik.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.