banner
banner

Sosİal

AMEA prezidenti Hyuston Universitetinin nümayəndələri ilə görüşdü

AMEA prezidenti Hyuston Universitetinin nümayəndələri ilə görüşdü

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə yanvarın 15-də Rəyasət Heyətində ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatur və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. AMEA-dan APA-ya verilən xəbərə görə, görüşdə akademik A.Əlizadə Bakı və Hyuston arasında olan əlaqələrin tarixindən, hər iki ölkənin alimlərinin müxtəlif sahələrdə əməkdaşlıq və dostluq münasibətlərindən danışıb. Bildirib ki, bu əlaqələrin daha da genişləndirilməsi böyük əhəmiyyət kəsb edir.

Bakıda olduğundan məmnunluğunu ifadə edən xanım Renu Xatur görüşdə Hyuston Universiteti haqqında geniş məlumat verib, universitetin professor-müəllim heyətinin dünyaca tanınmış və təcrübəli elmi işçilər, onların bir çoxunun Nobel mükafatçıları olduğunu qeyd edib. Qonaq Hyuston Universitetində təhsil alan tələbələrin etnik tərkibinin müxtəlifliyinə görə ABŞ-ın ikinci ən böyük elm müəssisəsi olduğunu diqqətə çatdırıb.

Görüş zamanı tərəflər qarşılıqlı əməkdaşlığın qurulması, bu əməkdaşlıq çərçivəsində gənc alim və mütəxəssislərin mübadiləsi, müştərək innovativ tədqiqatların aparılması və digər məsələlər üzrə fəaliyyət göstərilməsində maraqlı olduğunu bildirib. Qeyd edilib ki, AMEA ilə Hyuston Universiteti arasında gələcəkdə qarşılıqlı təcrübə mübadiləsinin və birgə elmi tədqiqat işlərinin aparılması hər iki elmi müəssisənin fəaliyyətinin daha səmərəli təşkili istiqamətində böyük rol oynayacaq.

Görüşdə, həmçinin Azərbaycan elminin dünya elm və təhsil sistemlərinə inteqrasiyası məsələsi müzakirə olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.