banner
banner

Gündəm

İstanbulda terrora qarşı etiraz mitinqi başlayıb

İstanbulda terrora qarşı etiraz mitinqi başlayıb

İstanbulda terrora qarşı etiraz yürüşü başlayıb.

Mitinq Türkiyə Demokratiya Platforması tərəfindən təşkil olunub.

Türkiyə Demokratiya Platformasının rəhbəri Kezban Hatemi bildirib ki,  Platforma “Biz millətik, Türkiyəni terrora, çevrilişə təslim etdirməyəcəyik!” şüarı ilə fəaliyyətə başlayıb. Aksiya İstanbul Ticarətçilər İttifaqının önündən başlayıb. Aksiyanın terrorun törədildiyi "Vodafone Arena"nın ətrafında sonlanacağı bildirilib. 

 

Qeyd edək ki, dekabrın 10-da Bakı vaxtı ilə saat 23:29 radələrində İstanbulun mərkəzindəki “Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 30-u polis əməkdaşı olmaqla, 38 nəfər ölüb, yaralananların sayı isə 155 nəfərə çatıb.

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.