Bildiyimiz kimi hazırki həyat şəraiti insanlar üçün çox stressli və çətindir. Demək olar ki, həyatımızın hər anında stresslə üz-üzə qalırıq: səhər işə gedərkən yollarda tıxac yaranıbsa, iş yerində hər kəs gərgindirsə, borclar çoxalırsa, uşaqların istəkləri bitmirsə və s. buna bənzər bir çox misallar çəkmək olar.
Bu stressli həyat şəraitinin nəticəsində bir çox psixoloji və fizioloji xəstəliklər durmadan çoxalır. Ancaq bu problemlərin çoxluğu o demək deyil ki, biz stressə məhkum yaşamalıyıq. Bəs onda insalar stressli həyat şəraiti ilə necə başa çıxmalıdırlar və yaxud biz həyat şəraitimizi dəyişə bilmiriksə, bu stresslə yaşamağı necə öyrənməliyik. Gün ərzində stressimizi atmaq üçün bir neçə yoldan istifadə edə bilərik.
Bunlar aşağıdakılardır:
1. Hər hansı bir idman növü ilə məşğul olmaq. Məs: futbol oynayan insanların evə gəldikdə hər zamankindən daha rahat göründükləri, ailə üzvləri tərəfindən diqqəti cəlb edib. Buna səbəb oyun vaxtı onların qışqırmağı, diqqətlərinin oyuna yönəlməyi və qısa müddət də olsa, öz problemlərindən uzaqlaşmaqlarıdır.
2. Parkda oturmaq da stress atmaq üçün bir yol ola bilər. Siz gün ərzində 10-15 dəqiqə parkda oturub quşları, parkda əylənən uşaqları izləməklə beyninizin rahatlamasına və gərginliyinizin atılmasına köməklik göstərə bilərsiniz.
3. Bundan əlavə evdə ritmik bir musiqiyə qulaq asmaq, mahnı oxumaq, gülməli bir verlişə və yaxud filmə baxmaq da sizin stressinizi azaldacaq.
4. Bəzən insan güclü stress vaxtı nəisə atmaq, qırmaq və yaxud dağıtmaq ehtiyacı duyur. Bunun əvəzinə həmin vaxt dərindən nəfəs almaq və yaxud yerimizdə sürətli qaçma hərəkəti etmək gərginliyinizi çıxarmağınıza kömək edə bilər.
Siz də bu yuxarıda sadaladıqlarımızı etməklə gün ərzində stressinizi az da olsa, azalda bilərsiniz.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.