Müğənni Sibel Can bu dəfə də oğlu Engincan Urala aldığı bahalı hədiyyə ilə gündəmə gəlib.
O, Engincana dəyəri 1,5 milyon dollar olan İstanbulda Qalata ərazisində mülk alıb. Bir müddət əvvəl həmin ərazidən keçərkən oğlunun oralardan xoşu gəldiyini bilən Sibel onun arzusunu ürəyində qoymayıb. Engincanın malikanəsinin olduğu məhəllədə Tarkan, Sezen Aksu kimi məşhurların da evi var. Qeyd edək ki, bu bahalı hədiyyə Sibel canın oğluna ilk hədiyyəsi deyil. Bundan əvvəl o, Urala təhsil sahəsində qazandığı uğurları ilə əlaqədar "Audemars Piguet" markasından saat hədiyyə etmişdi.
Saatın qiyməti 150 min TL (təxminən 76 min manat) dəyərindədir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.