banner
banner

Dünya

BMT-nin yeni baş katibi Baş Assambleya qarşısında and içəcək

BMT-nin yeni baş katibi Baş Assambleya qarşısında and içəcək
Bu gün BMT Baş Assambleyası təşkilatın yeni baş katibini andiçməyə çıxaracaq.
 
"Report" xəbər verir ki, bu gün Baş Assambleyanın 71-ci sessiyasının sədri Antoniu Quterrişə rəsmi olaraq 2017-ci il yanvarın 1-dən 2021-ci il dekabrın 31-dək olan müddətdə BMT-nin doqquzuncu baş katibi təyin edildiyini açıqlayacaq.
 
Xatırladaq ki, Portuqaliyadan olan Antoniu Quterrişin BMT baş katibi təyin edilməsi barədə qərar oktyabrın 13-də Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında BMT Baş Assambleyası tərəfindən qəbul edilib.
 
Antoniu Quterriş 2015-ci ilin iyun ayından dekabr ayına qədər BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı vəzifəsində çalışıb.
 
Qeyd edək ki, BMT-nin hazırkı başçısı, Cənubi Koreyadan olan Pan Gi Mun təşkilatın səkkizinci baş katibi olub. O, bu postda qanalı Kofi Annanı əvəz edib. Afrikalı baş katibə qədər isə bu vəzifədə 6 nəfər çalışıb: Butros Butros-Qali (1992-1996), Xavyer Peres de Kuelyar (1982-1991), Kurt Valdhaym (1972-1981), U Tan (1961-1971), Daq Hammarşeld (1953-1961) və Tryuqve Li (1946-1952). BMT-nin mövcudluğu ərzində təşkilata Qərbi Avropadan üç, Afrika və Asiyadan iki, Latın Amerikasından 1 nümayəndə rəhbərlik edib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.