banner
banner

Dünya

Donald Tramp bu gün Reks Tillersonu ABŞ-ın dövlət katibi vəzifəsinə namizəd elan edəcək

Donald Tramp bu gün Reks Tillersonu ABŞ-ın dövlət katibi vəzifəsinə namizəd elan edəcək
ABŞ prezidenti seçilən Donald Tramp bu gün "ExxonMobil" neft korporasiyasının rəhbəri Reks Tillersonu ABŞ-ın dövlət katibi vəzifəsinə namizəd elan edəcək.
 
"Report" xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "Fox News" telekanalı informasiya yayıb.
 
Qeyd edək ki, daha əvvəl D.Tramp "Twitter" səhifəsində administrasiyasında dövlət katibi vəzifəsinə namizədin adını dekabrın 13-də səhər saatlarında elan edəcəyini yazıb.
 
Gələcək hökumətdə əsas vəzifələrdən birinə namizədlərin müzakirəsi ABŞ-da artıq bir neçə həftədir davam edir.
 
R.Tillerson isə ötən həftə ərzində iki dəfə D.Trampla görüşüb. O, Moskva ilə daha sıx əlaqələrin tərəfdarı kimi tanınır. Üstəlik, 2012-ci ildə R.Tillerson Rusiya prezidentindən Dostluq ordeni alıb.
Əlavə edək ki, dekabrın 11-də "Fox News" telekanalına müsahibəsində D.Tramp Rusiya iş yaxşı münasibətlərinin olmasını iş adamının üstünlüyü kimi qələmə verib.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.