banner
banner

Sosİal

Bakıda qəndin içindən məftil, çörəkdən ip çıxdı

Bakıda qəndin içindən məftil, çörəkdən ip çıxdı

Qəndin içindən sim çıxıb. Hadisə paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsinə baş verib. “Xəzər TV” məlumat verir ki, qəsəbədə yerləşən mağazaların birindən alınan qəndin içərisindən paslı sim çıxıb.

Şölə Fərəcova deyir ki, kiloqramla satıldığı üçün qəndin üzərində istehsalçı şirkət haqqında heç bir məlumat qeyd edilməyib.

Buna bənzər başqa bir hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Böyükxanım Cəbrayılovanın aldığı çörəyin içərisindən ip çıxıb.

Şikayətçi dərhal çörəyin alındığı mağazaya üz tutub. Ancaq mağazadan çörəyin bişirildiyi ünvan qadına səhv deyilib.

Hüquqşunaslar deyirlər ki, hər iki faktda istehlakçıların hüquqları pozulub. Çünkü istehlakçıların ani diqqətsizliyi böyük faciəyə səbəb ola bilər. Belə hallarla qarşılaşanlar Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 195-2 çağrı mərkəzinə və ya 012 498 15 01, 012 498 15 04 nömrələrinə müraciət edə bilərlər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.