Eldar Mahmudovun əlindəki 2800 seks videoları ələ keçdi - iddia
Dövlət Təhlükəsizliyi Xidmətinin reket jurnalistlərə qarşı keçirdiyi əməliyyatlar maraqlı mənzərəni üzə çıxarıb. Ötən gün son dərəcə sensasion açıqlamalar verən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib ki, həmin jurnalistlər müəyyən vəzifəli adamlar, onların övladları ilə bağlı qeyri-qanuni videoçəkilişlər aparıblar və bununla əlaqədar pul tələb ediblər.
Bu son dərəcə sensasion açıqlamadan bir müddət öncə, daha dəqiqi, bu ilin iyununda MTN-in keçmiş zabiti Ərəstun Oruclu mətbuata müsahibəsində demişdi ki, Eldar Mahmudovun rəhbərlik etdiyi quldur dəstəsi təkcə sahibkarları soyub-talamayıb, eyni zamanda ölkənin tanınmış şəxsləri barədə şantaj xarakterli videomateriallar toplayıb. Ə.Oruclu bildirmişdi ki, Eldar Mahmudovun qruplaşmasının əlində tanınmış və imkanlı şəxsləri, ictimai fəalları və digərlərini şantaj etmək üçün gizli çəkilişlər var və konkret rəqəm də açıqlamışdı: 2800 seks video CD-ləri. Yəni iddia etmək olar ki, bu seks videoları elə E.Mahmudovun əlində saxladığı şantaj materialları da ola bilər.
Keçmiş MTN polkovniki İlham İsmayıl “Yeni Müsavat”a açıqlamasında deyib ki, şantaj videolarının sırf pul qazanmaq üçün çəkildiyinə şübhə etmir: “Hakimiyyət üçün 2800 videodan 3-4-ü maraqlıdır, yerdə qalanları elə də əhəmiyyətli deyil. Nə olacaq həmin videolarda? Kiminsə uşağı hansısa bir yerdə kef edir, vəssalam. Mümkündür ki, 3-4 videoda yüksək vəzifəli şəxs var və bu kifayət qədər böyük kompromatdır, qalanları isə maraqlı deyil. Dövlət Təhlükəsizliyi Xidməti sədrinin elə açıqlamasından da hiss olunur ki, tutulanlar pul qazanmaq üçün şantajla məşğul olublar. Proses bu məsələlərin açılmağa doğru getdiyini söyləməyə əsas verir. Əllərində həmin videoları saxlayanlar da bilirlər ki, bundan o yana gizli çəkdikləri videolar elə də əhəmiyyət daşımayacaq. Yəni fərdlərin şantajı maraqlı deyil. Hansısa nazirin oğlunun və ya digər bir yaxınının seks videosunun olması bilinsə nə dəyişəcək ki? Yəni cəmiyyət üçün də belə videoların maraqlı olması uzağı 1 gündür, növbəti gün keçib gedəcək. Əllərində rezonans doğura biləcək 3-4 video ola bilər”.
“Həmin videoların rezonans doğurmasını şərtləndirən hansı məqamlar ola bilər” sualına İ.İsmayıln cavabı belə oldu: “Baxır o videolarda hədəfdə kimdir. Hər kəsin bir çəkisi var. Elə şəxs ola bilər ki, onun siyasi çəkisi var. Elə şəxs də ola bilər ki, nüfuz çəkisi var, cəmiyyətdə tanınır. Bu mənada belə şəxslərin videoları rezonans doğura bilər. Yoxsa ayrı-ayrı fərdlərin seks videoları kimə maraqlı ola bilər? Ehtimal edirik ki, bu gün Eldar Mahmudov tutulmursa, bəlkə əlində elə videolar var ki, hələ ki onların yayılmasından çəkinirlər. Bu günə qədər Eldar Mahmudov həbs edilməyibsə, çox rahatdırsa, deməli, ortada çəkinəcək bir şeylər var. Bu da bir müddət ola bilər. Sonra nə baş verəcəyini proqnozlaşdırmaq çətindir”.
İ.İsmayıl Eldar Mahmudovun reket mətbuatdan istifadəsinin səbəbinə də aydınlıq gətirdi: “Məqsəd lap əvvəldən kimisə ”verbovat" edib dövlətə işlətmək, dövlətin təhlükəsizliyini təmin etmək olmayıb. Kompromateriallar yalnız və yalnız pul almaq, varlanmaq, rüşvət, korrupsiya əlaqələrini genişləndirməyə vasitə olub. Reket mətbuatdan “verbovka” üçün yox, yalnız pul qazanmaq üçün istifadə ediblər. Bu videoları çəkən reket jurnalistlər və keçmiş MTN əməkdaşları pul qazanıblar".
İ.İsmayıl deyir ki, reket jurnalistlərin həbsi keçmiş MTN rəhbərliyinin həbsinə yol aça bilər: “Keçmiş MTN işçisi ilə reket jurnalistin xarakterindəki möhkəmlik eyni deyil. Həqiqətən də istintaqa kiməsə çıxmaq lazımdırsa, buna gedəcəklər. İstintaqa maraqlı deyilsə, üstündən keçəcəklər. Özləri üçün biləcəklər, amma maraqlı olmadıqda üstündən keçəcəklər”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.