Filippin prezidenti Rodriqo Duterte Davao şəhərinin meri olarkən cinayətdə şübhəli bilinən şəxsləri şəxsən qətlə yetirdiyini etiraf edib. O, polislərə nümunə olmağa çalışdığını deyib.
“Davaoda bunu şəxsən edirdim. Sadəcə olaraq, polislərə göstərmək istəyirdim ki, bunu mən edə bilirəmsə, onlar da edə bilər. Motosikldə Davao küçələrini gəzir və macəra axtarırdım. Əslində mən kimisə öldürmək üçün səbəb axtarırdım”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.