banner
banner

Dünya

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) yeni dünya rekordu - 19 metr hündürlüyündə olan dalğa qeydə alınması barədə məlumat verib.
"Report" təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu cür nəhəng dalğa Atlantik okeanın şimal hissəsində İslandiya və Böyük Britaniya arasında qeydə alınıb.
"Ölçmənin aparıldığı dövr ərzində ilk dəfə 19 metr hündürlüyə malik dalğa qeydə alınıb. Bu, indiyə qədər görünməmiş rekorddur", - deyə ÜMT-nin baş katibinin köməkçisi Ventszyan Çjan bildirib.
ÜMT rəsmisinin sözlərinə görə, bu nəticənin qeydə alınması dəniz sənayesində təhlükəsizliyin təmin edilməsi və gəmi daşımalarında canlanma müşahidə edilən istiqamətlərdə ekipaj və sərnişinlərin həyatının qorunmasını təmin etmək baxımından vacibdir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.