banner
banner

Gündəm

Sol əllə hərbi salam verən prokurordan AÇIQLAMA

Sol əllə hərbi salam verən prokurordan

Bakı şəhər Prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Tariyel Qurbanov Fəxri Xiyabanda sol əli ilə hərbi salam verməsi haqda yayılan xəbərlərə reaksiya verib.

Bununla bağlı “Qafqazinfo”ya açıqlama verən T. Qurbanov xiyabanda sol əllə hərbi salam verdiyini təsdiqləyib. Lakin bunun üçün əsaslı səbəblərinin olduğunu deyib: “Mənim sağ əlimin protez olması haqda deyilənlər yalandır. Amma sağ əlimdə problemlər var və ziyarət vaxtı həmin əlimi hərəkət etdirə bilmirdim.

Bundan başqa hərbi nizamnamədə də sol əllə hərbi salam verməklə bağlı heç bir qadağa yoxdur. Mən uzun illər hərbi sahədə fəaliyyət göstərmişəm və nəinki hərbi salam verməyi, bütün hərbi işləri çox gözəl bilirəm”.

Xatırladaq ki, T. Qurbanovun sol əllə hərbi salam verməsi mediada və sosial şəbəkələrdə əsas mövzulardan birinə çevrilib.

1991-ci ildən prokurorluq orqanlarında işləyən Tariyel Qurbanov əvvəllər Tovuzun, Qaradağın və Hacıqabulun prokuroru vəzifəsində işləyib. O, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.