banner
banner

Sosİal

Bahalaşmaya, böhrana baxmayaraq Yeni il dəbdəbəsi...

Bahalaşmaya, böhrana baxmayaraq Yeni il dəbdəbəsi...

"Bunların da öz alıcıları var, bahalığına baxmayın, elə olur, gündə ikisini, üçünü satırıq".

Söhbət Yeni il qabağı 1000, 1500 manata satılan yolkalardan, bir ədədi 50-60 manata yolka oyuncaqlarından gedir. Bakıdakı bərq vuran bahalı mağazalardan birinin satıcısı deyir ki, hələ ki, müştəri qıtlığıyla üzləşməyib. Çünki müştəriləri imkanlı adamlardır.

Mağaza satıcıları, restoran sahibləri, istirahət yerlərinə bahalı turlar təşkil edən turizm şirkətləri əməkdaşları "bunların öz alıcıları, öz müştəriləri var" ifadəsini bir az fəxrlə, bir az rahatlıqla deyirlər. Deyirlər ki, başqa vaxtlar da, elə Yeni il qabağı da onlar "öz alıcılarına", "öz müştərilərinə" güvənirlər.

Artıq Bakıda Yeni ilə hazırlaşan restoranlar, otellər, istirahət mərkəzləri artıq yerlərin dolduğunu deyirlər. Qiymətlər də 100 manatdan başlayır. AzadlıqRadiosu kiçik bir araşdırmayla üzə çıxarıb ki, şəhər kənarında daha çox şadlıq evləri kimi tanınan yerlərdə Yeni il gecəsinin qiyməti bir nəfərə 100-150 manatdır. Dekabrın 31-nə otellərdəki qiymətlər daha bahadır, 500-800 manat arası dəyişir. Bu cür məkanlarda uşaqlar üçün Yeni il şənliklərinin də qiyməti 100 manatdan başlayır.

Bu günlər Bakıya imkanlı ərəb turistlərinin gəlməsini nəzərə alan restoranlar və kafelər özəl "Arabian Nights" adlı proqramlar təklif edir. Burda da qiymətlər 100 manatdan başlayır.

İqtisadçı ekspert, “Fins.az” saytının redaktoru Əli Əhmədov deyir ki, bu qiymətə yerlərə daha imkanlı azərbaycanlılar və turistlər gedir:"Nisbətən imkanlı təbəqə, yəni, biznesmenlər, investorlar, sabit gəlirə malik təbəqə Yeni il şənliklərini daha bahalı xidmətlərdən yararlanmaqla keçirir. Bəziləri Yeni ili xarici ölkələrdə, işə görə ölkədən uzaqlaşa bilməyənlər isə yüksək ulduzlu otellərdə qeyd edir. Tanınmış brendlərə məxsus bu cür otellər həm Bakıda, həm də bölgələrdə var. Belə otellər həm Qəbələdə, daha çox Şahdağdadır. Burdan yararlananlar daha yüksək xidmət səviyyələrinə hesablanmış şəxslərdir. İmkanları da çatır, tələbləri də uyğun səviyyədədir. Bu il, əslində, qiymətlərin ötən ilki kimi qalacağını gözləmək olardı. Ancaq özəlliklə, ərəb, körfəz ölkələrindən varlı turistlərin Azərbaycana səfəri bu xidmətlərin ucuzlaşmasına imkan vermir. Əksinə, bəzi yerlərdə bahalaşıb".

İstirahət yerlərinə gəldikdə, AzadlıqRadiosu əməkdaşının bir neçə turizm mərkəzindən aldığı bilgiyə görə, Yeni il bayramının keçirilməsi 1000 manatdan aşağı başa gəlməyəcək. Özəlliklə, Qusardakı Şahdağ istirahət yerlərindəki otellərdəki 3-4 günlük gecələmə 1000-1500 manat arasındadır. Dekabrın 31-də təklif olunan Yeni il süfrəsinin qiyməti isə ayrıdır, bir nəfərə 100-400 manat arasındadır.

Turizm şirkətlərindən birinin əməkdaşı Leyla Fərəcova deyir ki, onlara müraciət edən müştərilər qiymətlərdən razıdır:"Müştərilər alır, heç çoxunda yer də yoxdur. Bilirsiniz, orda dincələn adamlardan ötrü bu qiymətlər baha deyil".

Yeni ilə təxminən iki həftə qalır. Restoran və istirahət mərkəzlərindən onu da söylədilər ki, qiymətlər indilik belədir. Əgər boş yerlər olacaqsa, dekabrın 31-nə iki-üç gün qalmış edilən sifarişlər daha baha başa gələcək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.