|
"Çelsi"nin futbolçusu Eden Azar İngiltərə Premyer Liqasının 16-cı turunda "Sanderlend"lə oyunu buraxacaq. Qol.az-ın "BBC"yə istinadən yaydığı xəbərə görə, buna səbəb belçikalı yarımmüdafiəçinin zədələnməsidir. "Vest Bromviç"lə görüşdə kiçik zədə alan E.Azarın bir oyunda iştirak etməyəcəyi bildirilib. Qeyd edək ki, "Sanderlend" - "Çelsi" matçı bu gün keçiriləcək. cia.az
|


