|
Millimizin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" Türkiyə kubokunda növbəti oyununa çıxıb. Qol.az-ın məlumatına görə, Ərsun Yanalında komandası H qrupunda səfərdə "Konyaspor"la qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb. Millimizin futbolçusu sözügedən görüşdə iştirak etməyib. O, 18-likdə də yer almayıb. Qeyd edək ki, "Trabzonspor" H qrupunda 2 turdan sonra 1 xalla 3-cü pillədə qərarlaşıb. cia.az
|


