banner
banner

İdman

Azərbaycana olimpiadaya namizədlik təklif edildi

Azərbaycana olimpiadaya namizədlik təklif edildi

Beynəlxalq Olimpiya Komitəsi (İOC) 2024-cü il Yay Olimpiya və Paralimpiya Oyunlarına iddiaçıların Dəvət Mərhələsinə start verib.

CİA.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, olimpiadanı təşkil etmək istəyən milli olimpiya komitələri və potensial namizəd şəhərlər 2015-ci il sentyabrın 15-dək ilkin ideyalarını İOC-la müzakirə edə bilərlər.

Bu məqsədlə bütün ölkələrə dəvət məktubu göndərilib. Artıq Almaniya, İtaliya və ABŞ bu kampaniyaya qoşulmaq istəyini bəyan edib. İOC-un son Sessiyasında qəbul edilmiş 40 düzəliş namizədlərin sayının artmasına şərait yaradıb. Həmin yeniliklərə əsasən, tender prosesi dəvət əsasında olacaq, namizədliyini irəli sürmək istəyən şəhərlərin əsas üstünlükləri və riskləri daha dəqiq müəyyənləşdiriləcək, Sifariş Ərizəsi və Oyunların təşkilinə xərclər azaldılacaq. Eyni zamanda, İOC 2024-cü il olimpiadasının təşkilinə 1,5 milyard dollar xərcləyəcək.

Qeyd edək ki, namizədliyini irəli sürmək istəyən şəhərlər arasında Bakı da var. Qalib şəhərin adı 2017-ci ildə Perunun paytaxtı Limada açıqlanacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.