banner
banner

Dünya

Rusiyada insan oğurluğuna görə azərbaycanlı tutuldu

Rusiyada insan oğurluğuna görə azərbaycanlı tutuldu

Novosibirsk vilayətində insan oğurluğuna cəhdlə bağlı cinayət işi qaldırılıb.

Bu barədə mətbuata açıqlama verən Rusiya İstintaq Komitəsinin regional idarəsinin direktor müavini Anastasiya Kuleşova bildirib ki, şübhəli şəxs artıq həbs olunub.

Bu insan oğurluğunda təqsirləndirilən 51 yaşlı Azərbaycan vətəndaşıdır. Həbs olunan şəxsin kimliyi açıqlanmır.

İstintaqın nəticəsinə görə, şübhəli şəxsin maddi çətinlikləri olub, oyun cihazlarında oynamaqla əlaqədar borcu yaranıb, buna görə də, öz keçmiş rəhbərini - 34 yaşlı Novosibirsk sakinini oğurlayıb. O, öz cinayətkar planını reallaşdırmaq üçün tanışına zəng vurub və cinayətin törədilməsi üçün icraçılar tapmağı istəyib. Lakin bu xahişdən sonra həmin şəxs hüquq-mühafizə orqanlarına zəng edərək məlumat verib.

Cinayətin icraçıları qismində “əməliyyat”da polis əməkdaşları iştirak ediblər. Onlar oğurladıqları şəxsi Lenin rayonunda kirayələdikləri evə gətiriblər. Daha sonra həmin şəxsə zəng edərək sifarişinin yerinə yetirildiyini və gəlib təhvil almasını bildiriblər. Oğurluğun təşkilatçısı mənzilə gəldikdən sonra dərhal polis əməkdaşları tərəfindən həbs olunub

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.