Bakı yollarında sürət həddi bir qədər də azaldıldı
Paytaxtda bir sıra yollarda sürət həddi azaldılıb.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, hazırda davam etməkdə olan qarlı və şaxtalı hava şəraitində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Heydər Əliyev prospektinin Hava limanına qədər olan hissəsində, eləcə də Zığ dairəsindən Hava limanı istiqamətində və əks istiqamətlərdə hərəkət sürəti daha 10 km/saat endirilib.
Qeyd edək ki, səhər saatlarında paytaxtda müşahidə edilən faktiki hava şəraitinə uyğun metereoloji amillər nəzərə alınaraq, şəhərdaxili əsas magistral avtomobil yollarında nəqliyyat vasitələri üçün müəyyən edilmiş sürət həddi 20 km/saat endirilib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.