Nikolayevsk vilayətinin Yujnoukrainsk şəhərində yerləşən Cənubi-Ukrayna AES ərazisində yanvar ayının 15-dən 16-na keçən gecə yanğın baş verib, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Baş İdarəsinin mətbuat xidmətindən bildirilib.
Keçid transformatorunda yanğın siqnalizasiyasının işə düşməsi barədə xəbərdarlıq saat 22.04-də daxil olub. Mətbuat xidmətinin məlumatına əsasən transformatorun daxilində hava soyuducu alışıb. Yanğın yarım saat sonra dəf edilib.
Oxu.Az bu barədə Lenta.ru-ya istinadən xəbər verir.
Yoxlama zamanı müəyyən edilib ki, AES istehsalat meydanında radiasiya fonu normadan artıq deyil.
İdarənin məlumatında qeyd edildiyi kimi, yanğının söndürülməsinə 125 adam və 16 texnika cəlb edilib. Hal-hazırda hadisə yerində yanğının başvermə səbəblərini və nəticələrini araşdıran komissiya çalışır.
Dekabr ayının 3-də Ukraynanın Nazirlər Kabinetinin iclasında baş nazir Arseni Yatsenyuk Zaporojesk AES-də qəzanın baş verdiyini bildirmişdi. Daha sonra Energetika Nazirliyində radiasiya axını barədə informasiyanı təkzib edərək, atom elektrik stansiyasında reaktorlardan birinin sönməsinin heç bir təhlükə doğurmadığını bildirdilər.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.