banner
banner

Dünya

Ərdoğan Putinə və Obamaya zəng vurdu

Ərdoğan Putinə və Obamaya zəng vurdu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, o, Rusiya Federasiyası prezidenti Vladimir Putin, ABŞ prezidenti Barak Obama, AFR-in kansleri Angela Merkel və BMT-nin yeni seçilmiş baş katibi Antoniu Quterrişem ilə Suriyanın Hələb şəhərindəki vəziyyəti müzakirə edib.

Ankarada keçirdiyi mətbuat konfransında Ərdoğan deyib: “Əgər biz Suriya probleminin həllini istəyiriksə, Hələbdə vəziyyət nəzarət altına alınmış olmalıdır. Mən hörmətli Putin və Quterrişemə telefon danışıqlarının bir neçə raundunu keçirdim. Mən Merkellə də danışdım. O da istənilən köməyi göstərməyə hazır olduğunu bildirdi. Obamayla da uzun danışığımız oldu və biz yalnız Suriyanı yox, həm də İraqı müzakirə etdik".

Ərdoğanın sözlərinə görə, o, PKK-nın hərəkət etdiyi ərazilərdə "vəziyyətin arzu edilməyən inkişafı halında Türkiyənin məsuliyyətinin əhəmiyyətini" Obamaya çatdırıb.

"Mən Obamaya bizim narahatlığımızı çatdırdım. O soruşdu ki, Amerika nədə və nə qədər kömək edə bilər və mən ona öz mülahizələrimi söylədim", - deyə türk lideri əlavə edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.