banner
banner

Dünya

Obama və Ərdoğan Suriyada ümummilli atəşkəsə çağırıblar

Obama və Ərdoğan Suriyada ümummilli atəşkəsə çağırıblar
BŞ prezidenti Barak Obama Suriyanın Hələb şəhərində atəşkəsin tətbiqində göstərdiyi səylərə görə  Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana minnətdarlığını bildirib. Hər iki lider Suriyada tərəflər arasında atəşkəsə və münaqişənin siyasi yolla həllinə dair razılığın əldə edilməsinin vacibliyini qeyd ediblər.  
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilib.
 
Obama və Ərdoğan həmçinin ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyasının İŞİD-lə mübarizədə fəaliyyətini müzakirə ediblər. Prezidentlər son illər Türkiyə və ABŞ arasında “isti və səmərəli əlaqələr”in qurulmasını qeyd ediblər.     
 
Obama İstanbulda PKK tərəfindən törədilən terror aktlarına görə Ərdoğana başsağlığı verib.  
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.