banner
banner

Hərbİ

“Hərbi vəziyyət haqqında” qanun müzakirəyə çıxarıldı

“Hərbi vəziyyət haqqında” qanun müzakirəyə çıxarıldı

“Hərbi vəziyyət haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb. Cia.az saytının xəbərinə görə, layihə haqqında Milli Məclis sədrinin birinci müavini Zifayət Əsgərov məlumat verib. 
Zifafət Əsgərov bildirib ki, Ermənistanın cəbhə xəttində təxribatlarının davam etməsi, yaranan gərginliklə paralel olaraq Azərbaycanın informasiya məkanında dezinformasiyalar yayılır. 
“Bir sıra hallarda özündə hərbi sirr daşıyan məlumatların yayılması, düşmən diversantlarının cəbhə xəttini keçmək cəhdləri ölkənin informasiya məkanında və cəbhədə təhlükəsizliyin gücləndirilməsinin zəruri olduğunu göstərir. Bu baxımdam cənab prezident İlham Əliyevin təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında imzaladığı sərəncamı milli təhlükəsizlik maraqlarına xidmət edir”. 
O deyib ki, qanun layihəsi tamamilə yenidən işlənib. Deputat bildirib ki, hazırda qüvvədə olan qanun 1994-cü ildə qəbul edilib. 
“1994-cü ildən bu günə qədər xeyli işlər görülüb. Zərurət yaranıb ki, artıq yeni qanun layihəsi qəbul edilsin”. 
Ziyafət Əsgərov qanun layihəsində nəzərdə tutulan müddəalardan da söz açıb: 
“1994-cü ildə qəbul olunan qanun 17 maddən ibarətdir. İndi təqdim olunan qanun layihəsinin əsas mahiyyəti isə bundan ibarətdir: Azərbaycanın bütün ərazisində hərbi vəziyyətin elan və ləğv edilməsi, təmin edilməsi, cəbhəboyu zonada, hərbi hissələrin yerləşdiyi ərazilərdə hərbi rejimin xüsusiyyətləri nəzərdə tutulub. Birinci fəsildə 20 müddəa var. Burada əsas anlayışlar, hərbi vəziyyətin elan olunması, onun uzadılması və ləğv edilməsi, məqsədləri barədə yazılıb. Həmçinin hərbi vəziyyətin elan oluması haqqında prezidentin fərmanının təsdiq edilməsi, səfərbərlik elan olunması məsələləri öz əksini tapıb. Layihənin 3-cü maddəsində isə hərbi vəziyyətin elan olunmasının səbəbləri açıqlanıb”. 
Ziyafət Əsgərov qeyd edib ki, layihənin birinci fəslindəki 6-cı maddə də olduqca vacibdir: 
“Hərbi vəziyyətin elan olunması haqqında fərman 2 halda Milli Məclisdə təsdiq oluna bilər. Fərmanın dərhal Milli Məclisin təsdiqinə göndərilməsi və 24 saat ərzində qərar qəbul edilməsi göstərilib. Hərbi vəziyyətin elan edilməsindən sonra onun 24 saat müddətində Milli Məclisə təqdim edilməsi və sessiyasının olub-olmamasından asılı olmayaraq, 48 saat müddətində buna baxılıb qərar qəbul edilməsi göstərilib. 5 fəsil, 27 maddədən ibarət qanun layihəs Konstitusiyanın 94-cü maddəsinin birinci hissəsinin 8-ci bəndinə uyğun olaraq Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.