banner
banner

Gündəm

İtkin düşənlərin axtarışı davam edir – Qərargah

İtkin düşənlərin axtarışı davam edir – Qərargah
Dekabrın 15-də Xəzər dənizində əsən güclü küləyin “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın bir hissəsini dənizə uçurması nəticəsində itkin düşən neftçilərin axtarışı davam edir.
 
Bu barədə Report-a hadisə ilə bağlı "Azneft" İB-də yaradılan qərargahdan bildirilib.
 
Qeyd olunub ki, hazırda axtarış işlərini 6 gəmi davam etdirir:
 
“Eyni zamanda, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri axtarışa cəlb olunur. Hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar dalğıc gəmiləri axtarış apara bilmir. Hava şəraiti imkan verdikdə onlar da axtarış işlərinə qoşulacaqlar”.
 
Xatırladaq ki, dekabrın 15-i saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.
 
Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:
 
1. Zülfüqarov Güloglan - maşinist
 
2. Zülfüqarov Azay - operator
 
3. Qurbanov Vidadi - operator
 
4. Həsənov Elçin - mexanik
 
5. Hacıəliyev Həsənağa - operator
 
6. Qafarov İlham - operator
 
7. Əsədov Samir - operator
 
8. Bəhrəmov Cavid - operator
 
9. Abbasov Ramiz - maşinist
 
10. Rüstəmov Qorxmaz – operator
 
Dekabrın 15-də axtarış nəticəsində 3 saylı Neft Yığım Məntəqəsinin əmtəə operatoru, 1958-ci il təvəllüdlü, Bakı şəhəri, Ələt qəsəbəsinin sakini İlham Əlihüseyn oğlu Qafarovun meyiti tapılıb.
 
Axşam saatlarında onun nəşi "Qaradağ-8" gəmisi ilə sahilə gətirilib və aidiyyəti üzrə təhvil verilib və ötən gün dəfn olunub.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.