Azərbaycan uzaq mənzilli raketlər istehsal edə bilər
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 2016-cı ilin dövlət sifarişi proqramını artıqlaması ilə yerinə yetirib.
Bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
Nazirin sözlərinə görə, cari ildə nazirliyin güc qurumlarına təhvil verdiyi müdafiə sənayesi məhsulları ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə artıq olub: "Eləcə də çeşidlərin sayı 1,8 dəfə artıb".
Nazir bildirib ki, hazırda silah istehsalı ilə əlaqədar bir sıra layihələrin reallaşdırılması istiqamətində aparıcı ölkələrin tanınmış şirkətləri ilə danışıqlar aparılır.
Y.Camalov deyib: "Danışıqların nəticəsi olaraq artıq iki razılıq əldə olunub. Əsas məqsəd uzaq mənzilli raketlərin istehsalıdır".
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.