banner
banner

Gündəm

Xəzərdəki faciə ilə bağlı yeni qərargah YARADILDI

Xəzərdəki faciə ilə bağlı yeni qərargah YARADILDI

Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin mətbuat xidmətləri Xəzər dənizində baş verən qəza ilə bağlı növbəti birgə məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyindən  Cia.az-a verilən məlumata görə, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il Sərəncamına əsasən hadisə nəticəsində itkin düşənlərin axtarışının daha da sürətləndirilməsi və axtraış ərazisinin genişləndirilməsi, eləcə də bu işlərə cəlb olunmuş dövlət qurumları arasında koordinasiyanın daha da gücləndirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyində Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin rəhbər şəxslərinin iştirakı ilə toplantı keçirilib.

Toplantıda yuxarıda qeyd olunmuş məqsədlərin həyata keçirilməsi üçün Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Qərargah yaradılması qərara alınıb.

Yaradılmış Qərargah tərəfindən hadisənin baş verdiyi rayonda hava şəraiti, küləyin, sualtı və suüstü  axıntılarının istiqaməti və sürəti təhlil olunaraq, Qərargahda təmsil olunan qurumların sahilboyu, dənizdən və havadan səfərbər olunan qüvvələrlə müəyyən edilmiş koordinatlarda əməliyyatların davam etdirilməsi təmin olunub.

Eyni zamanda adıçəkilən Qərargah tərəfindən xarici bayraq altında üzən gəmilər də daxil olmaqla ərazidə olan bütün gəmilərlə və  Xəzəryanı dövlətlərin eyniadlı Milli Mərkəzləri ilə mütəmadi olaraq məlumat mübadiləsi aparılmaqdadır.

Qərargah tərəfindən həyata keçirilən tədbirlər barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.