banner
banner

Sosİal

Azərbaycanda Safari parkı yaradılacaq

Azərbaycanda Safari parkı yaradılacaq

Azərbaycanda Safari parkı yaradılacaq. Bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir. Qeyd olunur ki, Şamaxı Safari parkının yaradılması ilə bağlı aidiyyəti qurumların iştirakı ilə müvafiq tədbirlər görüləcək və bu parkın gələcəkdə onlayn platformalar və digər vasitələrlə təşviqihəyata keçiriləcək. Layihədən, ilk növbədə, kənd evi sahibləri və turistlər faydalanacaqlar. Lakin layihənin reallaşdırılması ilə daha geniş auditoriya kütləsi, o cümlədən turistlərə birbaşa xidmət göstərən (məsələn, bələdçilik, nəqliyyat, ov və s.) digər kənd sakinləri, turistlərin ehtiyaclarını ödəmək üçün ərzaq və suvenir hazırlayan xidmət sahələri də fayda əldə edəcək. Kənd sakinləri arasında mütəşəkkilliyin və sahibkarlıq vərdişlərinin artması ilə onların aktiv həyat tərzinə keçməsi və fəaliyyəti nəticəsində kəndlərdə infrastrukturun yaxşılaşdırılması, kənd sakinləri üçün daimi iş yerlərinin yaradılması, məşğulluğun artmasına nail olunacaq ki, bu da öznövbəsində, kəndlərdə maddi rifah səviyyəsinin yaxşılaşmasına, biznes vərdişlərinin formalaşmasına və insanların sosial vəziyyətinin yüksəlməsinə səbəb olacaq. Bununla bərabər, hər bir şəhər və rayon barədə yerli və xarici turistlərdə müsbət rəy formalaşdırılacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.