banner
banner

Dünya

Razılıq əldə olundu: Sakinlərin Hələbdən təxliyəsi başladı

Razılıq əldə olundu:

Sakinlərin Suriyanın Hələb şəhərindən təxliyə olunması 2 gün fasilədən sonra yenidən başlayıb. 

Bu barədə xəbər Türkiyənin Milliyet.com saytında yer alıb. Suriya ordusu ilə müxalif güclər arasındakı razılığa əsasən, bir neçə saat sonra müxaliflərin nəzarətində olan Fua və Kefreya bölgələrindən təxliyə konvoylarının yola çıxması gözlənilir. 
Qeyd edək ki, müxaliflərlə rejim qüvvələrinin arasındakı razılıq Türkiyə və Rusiyanın vasitəçiliyi ilə baş tutub. Razılığa əsasən, mülki şəxslərin 20 mini dekabrın 19-da, qalan hissəsi isə dekabr ayının 21-də şəhərdən çıxarılacaq. Razılıq əldə edildikdən sonra təxliyə edilən 500 nəfərilik ilk qrup isə artıq Hələbin qərbinə çatıb. 
Xatırladaq ki, cümə axşamı və cümə günü Hələbin qərbinə doğru hərəkət edən təxliyə korejinə hücum edilmiş, 18 mülki şəxs öldürülmüşdü.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.