9-cu sinif üzrə buraxılış imtahanlarının 1-ci mərhələsinin nəticələri 1 aydan sonra həmin şagirdin şəxsi səhifəsinə yerləşdiriləcək. Burada hətta ekspertlərin rəyləri də olacaq.
Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənən “Ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”na həsr olunmuş konfransda deyib.
M.Abbaszadə bildirib ki, yeni qaydalara görə, imtahan nəticələri yalnız balla yazılacaq:
"Orada şagirdin imtahanda "mənfi" ya "müsbət", "yaxşı" və "pis" nəticə toplaması yazılmayacaq. İmtahanda hansı nəticə toplamasından asılı olmayaraq, şagird attestat alacaq".
M.Abbaszadə qeyd edib ki, imtahanın nəticələrinə əsasən, şagirdlər orta ixtisas təhsili müəssisələrinə sənəd verə biləcəklər.
Onun sözlərinə görə, buraxılış imtahanın nəticələrinə görə, 1 və 2-ci mərhələdə toplanılan ümumi bal 100 olacaq.
"İlk dəfə olduğuna görə hələlik elə bir məhdudiyyət qoymamışıq ki, 1-ci mərhələdə 0 bal toplayan 2-ci mərhələdə iştirak etməsin və yaxud da kolleclərə sənəd verməsin.
Şagird 1-ci mərhələdə açıq tapşırıqlara verdiyi cavabla 30, 2-ci mərhələdə ənənəvi qapalı testlərlə 70 bal toplaya bilər. İyunda tədris ili bitdikdən sonra buraxılış imtahanının 2-ci mərhələsi keçiriləcək. İmtahan bitdikdən 2 gün sonra nəticələr açıqlanacaq.
Bundan sonra müəyyən olunacaq ki, biz hansı balla şagirdlərin kolleclərə sənəd verməsinə icazə verə bilərik. Amma hətta ola bilsin ki, yaxın bir ay ərzində də bu barədə açıqlama verək. Qaydalar hələ müzakirə olunur".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.