Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyevlə vida mərasiminin vaxtı açıqlanıb. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Mehdiyevlə vida mərasimi sabah saat 14.00-da AMEA-nın Əsas binasında baş tutacaq.
Ailəsindən sayta bildirlib ki, A. Mehdiyev II Fəxri xiyabanda dəfn olunacaq.
* * *16:47
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Mehdiyev vəfat edib.
Mərhumun ailəsindən APA-ya verilən məlumata görə, A. Mehdiyev bu gün günorta saatlarında dünyasını dəyişib.
Xəstəliyinin səbəbi açıqlanmayıb.
Qeyd olunub ki, A. Mehdiyevlə vida mərasiminin harada keçiriləcəyi və harad dəfn olunacağı dəqiqləşdirilir.
Qeyd edək ki, A. Mehdiyev 19 dekabr 1934-cü ildə Bakı şəhərində anadan olub.
Moskvada Rabitə Elektrotexnika İnstitutunu bitirib. O 1992-ci ildən Beynəlxalq Mühəndis Akademiyasının həqiqi üzvü, 1996-cı ildən isə Amerika Astronavtika və Aeronavtika İnstitutunun üzvü olub.
cia.az


