Türkiyə Superliqasında 15-ci tura yekun vurulub. Qol.az xəbər verir ki, turun son matçında “Fənərbaxça” öz meydanında “Gənclərbirliyi”ni qəbul edib.
Matç İstanbul klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Sounun dublu və Fernandaonun qolu “Fənər”ə böyükhesablı qələbə qazandırıb.
Bu qələbə sayəsində xallarının sayını 28-ə çatdıran “Fənərbaxça” turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. “Gənclərbirliyi” isə 19 xalla səkkizincidir.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.