banner
banner

Dünya

Türkiyə İtaliyadan izahat tələb edir

Türkiyə İtaliyadan izahat tələb edir

Türkiyənin baş naziri Əhməd Davudoğlu italiyalı həmkarı Matteo Rentsidən Əhməd Davudoğlunun ötən həftə Parisdə keçirilmiş “respublika marşı”nda iştirak etməsi ilə bağlı təəccüb etdiyinə görə izahat verməsini tələb edib, CİA.Az APA-ya istinadən xəbər verir.

Qeyd edək ki, Matteo Rentsi yanvarın 16-da La7 telekanalına müsahibəsində bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan ölkəsində KİV-ləri bağlatdırır və jurnalistləri həbs etdirir və belə olduğu halda Əhməd Davudoğlu Türkiyədə mətbuat azadlığını müdafiə etmək əvəzinə bunu etmək üçün Fransaya gedib.

Əhməd Davudoğlu bəyanata sərt reaksiya verib:

“Matteo Rentsinin bəyanatı qəbuledilməzdir və mən ondan izahat verməsini tələb edirəm. Biz artıq İtaliyaya etirazımızı bildirmişik. Əgər İtaliyanın baş naziri izahat verməzsə, biz buna beynəlxalq səviyyədə çox sərt cavab verəcəyik” deyə baş nazir bildirib.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.