banner
banner

Sosİal

Bu gecə Azərbaycanda ilin ən uzun gecəsidir

Bu gecə Azərbaycanda ilin ən uzun gecəsidir
Azərbaycanda bu gecə ən uzun gecə qeydə alınacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılovun Trend-ə verdiyi məlumata görə, dekabrın 21-ə keçən gecənin uzunluğu 14 saat 43 dəqiqə, gündüzün uzunluğu isə 9 saat 17 dəqiqə olacaq. Bu gecənin uzunluğu əvvəlki gecənin uzunluğundan 1 dəqiqə fərqlənəcək.
X.Mikayılov bildirib ki, dekabrın 21-26-da gecə və gündüzün uzunluğu sabit qalacaq. Dekabrın 27-dən başlayaraq isə 1 dəqiqə fərqlə gecələr qısalacaq, gündüzlər isə uzanacaq.
X.Mikayılov bildirib ki, sabah saat 14:44:12-də Azərbaycana qış daxil olacaq.
 
Onun sözlərinə görə, qışın daxil olma vaxtının müəyyənləşdirilməsi Yerin Günəş ətrafındakı hərəkəti ilə bağlıdır: “Qışın daxil olma tarixi hər il fərqlənir. Elə illər olub ki, qış Azərbaycana dekabrın 22-də daxil olub. Fevralın 28 və 29 gündən ibarət olması da buna təsir edir”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.