banner
banner

Dünya

60 nəfərin ölümünə görə 11 nəfər həbs olunub

60 nəfərin ölümünə görə 11 nəfər həbs olunub
Rusiyanın İrkutsk şəhərində yemişan suyundan kütləvi zəhərlənməyə görə 11 nəfər həbs olunub. Novator.az-ın məlumatına görə, şəhər polisinin dekabrın 21-də yaydığı məlumatda deyilir ki, tutulanlar məhsul istehsalı, saxlanması və satışında təhlükəsizlik qaydalarını pozmaqda ittiham olunurlar.
İrkutskda spirt tərkibli məhsulların satışına qadağa davam edir. Ötən gecə 12 tondan çox saxta alkoqollu içkinin dövriyyədən çıxarıldığı bildirilir. Şəhərdə yemişan suyu və spirt tərkibli başqa məhsullar hazırlayan qeyri-leqal sexlər aşkara çıxıb.
Tərkibində metil spirt olan, vanna qəbulu üçün nəzərdə tutulan yemişan suyundan kütləvi zəhərlənmə ötən həftəsonu qeydə alınıb. İrkutsk vilayətinin səhiyyə rəsmiləri 105 nəfərin zəhərləndiyini, onların 60-nın öldüyünü bəyan edib. 40 nəfər xəstəxanalarda müalicə alır.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.