banner
banner

Dünya

Rusiyanın tanınmış aktyoru vəfat edib

Rusiyanın tanınmış aktyoru vəfat edib
Rusiyanın tanınmış aktyoru Vyaçeslav Şaleviç vəfat edib.
 
APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə Vaxtanqov teatrının direktoru Kirill Krok xəbər verib.
 
82 yaşlı xalq artistinin halı dekabrın 1-də səhnədə olarkən pisləşib. Dekabrın 3-dən xəstəxanaya yerləşdirilən V.Şaleviç bu axşam dünyasını dəyişib.
 
1958-ci ildən etibarən  bir çox filmlərə çəkilən V.Şaleviç kinoda uğurlu rollar yaradıb. 1998-2011-ci illərdə R.Simonov adına Moskva dramatik teatrının rəhbəri olub. 
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.