banner
banner

Dünya

İtaliya ilə bağlı xəbərdarlıq - Supervulkan təhlükəsi

İtaliya ilə bağlı xəbərdarlıq - Supervulkan təhlükəsi
Neapol yaxınlığında sönmüş supervulkan tezliklə aktivləşə və bu zaman güclü püskürmə ola bilər.
 
Trend "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu qorxulu xəbərdarlığı "Nature Communications" jurnalında bir qrup alim edib.
 
İtalyan və fransız mütəxəssisləri təsdiq edir ki, Neapolun şimal-qərbində "Fleqrey sahəsi" adlanan seysmik ərazidə maqmada qazın təzyiqi kritik həddə çatıb.
 
Bununla belə vulkanın püskürəcəyi və püskürərsə, bunun nə vaxt baş verəcəyi ilə bağlı dəqiq nəsə demək qeyri-mümkündür.
 
Vulkanın yenidən aktivləşməsi "Fleqrey sahəsi"ndə yaşayan yarım milyon italyan üçün potensial təhlükədir.
 
Neapol kalderası (çökmüş nəhəng kraterlər) araşdırmalara görə, 39 min il əvvəl güclü vulkan püskürməsindən sonra formalaşıb. Həmin püskürmə son 200 min ildə Avropada ən güclü vulkan püskürməsi hesab edilir. Son dəfə ərazidə püskürmə 1538-ci ildə baş verib. Amma bu, əvvəlkilərdən daha zəif olub.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.