TV8-də yayımlnanan dəb proqramı "Bu tarz benim"in birinci həftəsinin seçim gecəsində qonaq olan müğənni Hülya Avşarın sözləri qalmaqala səbəb olub.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hülya müğənni Yıldız Tilbenin ifa, rəqs və geyim tərzini təqlid edən yarışmaçı Gülşah haqqında "ona bənzəmədin, çünki daha gözəlsən" söyləyib.
Bu sözlərindən sonra "Təbii ki, Yıldız səhv başa düşməsin, mən ona çirkin demədim" deyərək vəziyyəti düzəltməyə çalışsa da, Tilbe Tvitterdə hadisəyə sərt reaksiya bildirib:
"Mənim gözəlliyimi ölçmək sənin kimilərə qalmayıb".
Sənətçi tvitlərində həmkarını təhqir etməkdən də çəkinməyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.