Türkiyəli müğənni Kənan Doğulunun qardaşı Ozan Doğulu üçüncü dəfə ata olub.
Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, cütlüyün qızı Elya dünən dünyaya gəlib. O.Doğulu həyat yoldaşı Ece Doğulu və körpəsi ilə xəstəxanada çəkdirdiyi fotoları İnstaqram səhifəsində paylaşaraq xoşbəxt olduqlarını yazıb.
Qeyd edək ki, Ozan-Ece cütlüyünün Arya və Lila adlı iki qızı da var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.