Şabran sakini, 60 yaşlı Elxan Şeydayev Bəhrayıl oğlu redaksiyamıza gələrək aidiyyəti qurumlardan ona maddi yardım göstərilməsini xahiş edib. E.Şeydayev qeyd edib ki, 2-ci qrup əlildir və uzun müddətdir pedaqoq kimi çalışır. Hazırda isə maddi durumu acınacaqlı vəziyyətdədir:
“Hərbi əlil olduğum üçün 30 ildir ki, Şabran şəhərində mənzil növbəsindəyəm (əlil kimi güzəştli növbədəyəm). 1993-cü ildə güzəştli növbədə 5-ci olmuşam. 2013-cü ilin fevralında isə 5-ci sıradan 168-ciyə keçmişəm. 5-ci ildir ki, Şabranın Pirəbədil kənd tam orta məktəbində müəllim işləyirəm. Ali təhsilliyəm. Bir neçə il əlaçı təqaüdü almışam. Könüllü hərbi xidmətdə (Sovet ordusunda) olmuşam. Maddi durumum çox ağırdır. Amma hər ay çox çətin olsa da 350 manat yüksək faizlə kredit ödəyirəm. 2003-cü ilin yayında borc-xərclə Xətai rayonu K.Kərimov küçəsi 34 -(153) ünvanında, 17 illik güzəştlə 3750 dollara 12,5 kvadrat metrlik 1 otaqlı həyət evi almışam. 3 övladım və nəvəm var. Hazırda 7 yaşlı qızım, həyat yoldaşım və mən, üçümüz birlikdə həmin 1 otaqlı, heç bir şəraiti olmayan mənzildə yaşayırıq. Digər övladlarım da kirayədə yaşayır. Maddi köməkliklə bağlı Xətai və Şabran Rayon İcra hakimiyyətlərinə müraciət etdim, lakin ordan məni şərləməyə, oğurluqda ittiham etməyə çalışdılar”. Şikayətçi bundan əvvəl bir neçə dəfə sosial yardım aldığını deyir: “Lakin heç bir köməyi olmadı. Sizin qəzetiniz vasitəsilə aidiyyəti orqanlardan xahiş edirəm ki, mənə birdəfəlik maddi yardım verilməsi ilə bağlı köməklik göstərilsin”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən “Yeni Müsavat”a bildirildi ki, tezliklə məsələ ilə bağlı vətəndaşın maddi durumu araşdırılacaq və lazım gələrsə, qanun çərçivəsində ona köməklik göstəriləcək.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.