banner
banner

Gündəm

İranlı ekspert erməni KİV-ə danışdı – Bakıya qarşı

İranlı ekspert erməni KİV-ə danışdı – Bakıya qarşı
İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərindən sonra cənub qonşumuzdan Azərbaycana yönələn təhdid dolu mesajların ardı-arası kəsilmir. İrandan gələn budəfəki hücum məşhur politoloq Bəhram Əhmədianın vasitəsilə oldu. Belə ki, İran Prezidenti Həsən Ruhaninin İrəvana səfərindən sonra bu gün Ermənistanın “1in.am” saytına açıqlama verən Əhmədian İsrail-Azərbaycan münasibətlərinə toxunub.
 
Axar.az xəbər verir ki, Tehranın Azərbaycanın milli maraqlarına zidd getdiyini görməzdən gələn politoloq əvəzində heç nə olmamış kimi Bakını İranın maraqlarına hörmətlə yanaşmağa səsləyib. Maraqlıdır ki, İsraili “işğalçı” adlandıran Əhmədian nədənsə öz din qardaşlarının torpağını işğal edən başqa bir dövləti eyni adla çağırmaqdan çəkinib:
 
“İran Azərbaycana qonşu olan dövlət kimi istəyir ki, qonşuları onun milli maraqlarını nəzərə alsınlar. Azərbaycan xarici siyasətdəki yanlış İran təhdidi fikri ucbatından daima çalışır ki, xarici qüvvələrdən dəstək alsın. Hazırkı məqamda bu qüvvələr ABŞ və onun regional tərəfdaşı İsraildir. İran İsraili dövlət kimi tanımır və Fələstin məsələsi ucbatından onu işğalçı rejim adlandırır. Bunun da məntiqi nəticəsi olaraq İran və şiə müsəlmanlar dünyanın ikinci şiə dövləti olan Azərbaycanın onların İsrailə emosional münasibətini nəzərə alacağını düşünür. İran ABŞ və İsraildən başqa dünyanın bir çox ölkələri ilə diplomatik münasibətlərə malikdir. İran Azərbaycan və İsraildən qorxmur. İran Azərbaycana cavab verməyəcək, ona görə ki, bu münasibətlərə ciddi yanaşmır. Lakin İran həmişə çalışır ki, problemlərin diplomatik yolla həllini tapsın. Azərbaycan şiə əhalisi olan müsəlman ölkəsidir. Buna görə də İran bu ölkədəki şiə əhalisini Azərbaycan hakimiyyətinə qarşı istifadə etmək kimi böyük potensiala sahibdir, lakin İran heç vaxt bu potensialdan yararlanmayıb”.
 
Maraqlıdır ki, İranda cəmi 16 milyon fars qarşılığında 40 milyon Azərbaycan türkünün olduğunu unudan və Azərbaycanın İranı min illərlə idarə etmiş bu böyük qüvvədən istifadə imkanlarına heç toxunmayan iranlı politoloq “şiə faktorunu” qabartsa da, nədənsə “şiə azərbaycanlıları” qətlə yetirən, şiə məscidlərini donuzxanaya çevirən, 1 milyon şiəni yurd-yuvasından didərgin salan xristian Ermənistanla “qardaş münasibətlərini” inkişaf etdirir, ancaq Fələstinin müstəqilliyi məsələsində daha ədalətli mövqe tutmağa hazır olan İsraili “işğalçı” adlandırmaqda davam edir. Sərhədlərindən minlərlə kilometr uzaqda Fələstin məsələsində “prinsipial müsəlman mövqeyi” ortaya qoyan İran düz sərhədindəki şiə qardaşlarının qətliamına, şiə-müsəlman torpaqlarının işğalına təkcə göz yummur, həm də işğalçıya bütün dəstəyi göstərir ki, o, işğalı davam etdirsin.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.