Sosial şəbəkə gözəli Eda Taşpınar əməliyyatdan sonra ilk dəfə paparazilərə tuş gəlib. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, uzun müddətdir ortalıqda görünməyən modelin göz əməliyyatı keçirdiyi bidirilib.
Faktı təsdiqləyən Taşpınar gözündə 12 damarda daralmanın olduğunu və 2 saat yarımlıq bir əməliyyat keçirdiyini söyləyib.
“Əməliyyat uzun oldu, amma uğurlu keçdi. Bir müddət dincəlmək istədim. İndi hər şey yaxşıdır”, - deyə Eda vurğulayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.