banner
banner

Dünya

Kadırov: “Putin 2018-dən sonra da prezident olmalıdır”

Kadırov: “Putin 2018-dən sonra da prezident olmalıdır”
Vladimir Putin 2018-ci ildən sonra da Rusiya prezidenti olmalıdır.
 
Axar.az xəbər verir ki, bu sözləri öz İnstaqram səhifəsində Çeçenistan lideri Ramzan Kadırov paylaşıb. O, Putinin Rusiyanı dərin böhrandan çıxara biləcəyini söyləyib:
 
“Çeçenistanın bütün əhalisi adından öz fikrimi deməyi vacib hesab edirəm. Vladimir Vladimiroviç növbəti seçkidə bizim ümumxalq namizədimiz olmalıdır. O, 2018-ci ildən sonra da prezident olmağa davam etməlidir. Mən niyə bu haqda danışıram? Ona görə ki, xalqın fikrini bilirəm. ABŞ və NATO-nun düşmənçilik fəaliyyətini və Rusiyanı nəinki üçüncü dünya, hətta onuncu dünya ölkəsinə çevirmək hədəflərini nəzərə alsaq, Putinin prezidentlik məsələsinə başqa cür yanaşması qeyri-müəyyən nəticələrə səbəb ola bilər”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.