banner
banner

Gündəm

Mehriban xanım İlham Əliyevi belə təbrik etdi - Fotolar

Mehriban xanım İlham Əliyevi belə təbrik etdi -

Məlum olduğu kimi, bu gün Azərbaycan prezidenti İlham Əliyev 55 illik yubileyini qeyd edir.

Cia.az xəbər verir ki, dünyanın nüfuzlu liderləri İlham Əliyevə yubileyi münasibətilə zəng edərək onu özünəməxsus şəkildə təbrik ediblər, prezident haqqında yüksək fikirlər səsləndiriblər.

İ. Əliyev öz doğum günündə həmçinin, Bakıda bir çox mühüm tədbirlərin açılışına qatılıb, təməlqoyma mərasimində iştirak edib.

Dövlət başçısına təbriklər gün boyu da gəlməkdə davam edir.

Prezidentin ailə üzvləri də İ. Əliyevə öz münasibətlərini fərqli üsullarla sərgiləyiblər. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da bu qəbildən maraqlı bir jest edib. Belə ki, “First lady” həyat yoldaşının doğum günündə mətbəxə keçərək onun üçün qutab bişirib, müxtəlif ləziz yeməkləri hazırlayıb. Bu barədə görüntünü prezidentin qızı Leyla Əliyeva sosial şəbəkədə paylaşaraq “Ən dadlı yemək anamın bişirdiyidir” deyə şərh edib.

Xatırladaq ki, prezident İlham Əliyev doğum günlərini həmişə sadə şəkildə, ailə çərçivəsində qeyd edir.

Həmin maraqlı görüntüləri təqdim edirik.

Mehriban xanım İlham Əliyevi belə təbrik etdi -  Fotolar
Mehriban xanım İlham Əliyevi belə təbrik etdi -  Fotolar
Mehriban xanım İlham Əliyevi belə təbrik etdi -  Fotolar
Mehriban xanım İlham Əliyevi belə təbrik etdi -  Fotolar
Mehriban xanım İlham Əliyevi belə təbrik etdi -  Fotolar
Mehriban xanım İlham Əliyevi belə təbrik etdi -  Fotolar

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.