Dekabrın 23-də gecə Hollandiyanın paytaxtında azərbaycanlı məşhur “qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) yaxın silahdaşlarından biri, çeçen kriminal avtoritet Şeyx Həmzəyə sui-qəsd edilib.
Xamzat Qastamirova hücum Amsterdamın rayonlarında birindəki Staay Food Group Holding topdansatış tərəvəz bazasında olub.
Kalaşnikov avtomatı və səsboğucu Glock tapançası ilə silahlanan killerlər bazanın ərazisinə qoşqulu avtomobillə mal almaq bəhanəsi ilə daxil olub.
Məlumatda qeyd edilir ki, Şeyx Xamzat işləri ilə bağlı bazaya tez-tez gəlir. Onu elə orada killerlər izləyiblər. Ancaq sui-qəsd baş tutmayıb – Qastamiorovun mühafizəsi operativ reaksiya verib.
Atışma zamanı killerlərdən biri ayağından, digəri budundan yaralanıb. Hadisə yerinə gələn polis sui-qəsdi həyata keçirməli olan iki nəfəri həbs edib. Onlar 30 və 35 yaşlarında azərbaycanlı və çeçen olub.
Hollandiyanın istintaq orqanları Qastamirovun öldürülməsini sifariş verən şəxsi müəyyənləşdirməyə çalışır, bu işə avtoritetin vəkilləri də cəlb olunublar.
Şeyx Xamzatın ətrafındakılar hesab edirlər ki, hücum Qastamirovun dünya meyvə-tərəvəz bazarındakı artan nüfuzu ilə bağlıdır.
Staay Food məhsulu həm özünün xüsusi ərazilərində yetişdirir, həm də Hollandiya və Avropanın, eləcə də Latın Amerikası və Afrika fermerlərindən alır.
Qeyd etmək lazımdır ki, Rövşən Lənkəranskinin öldürülməsindən sonra topdansatış tərəvəz bazasının sahibi Şeyx Xamzatın bu sahədəki təsir dairəsini genişləndirib.
Lənkəranskinin qətlin dən sonra Türkiyə və çeçen mafioz klanlarının birləşdiyi də bildirilir.
Digər məlumata görə, Lənkəranskidən sonra Qastamirov faktiki “avropa obşakı”nın qoruyucusu olub və Rövşənin Avropadakı bütün aktivlərinə varislik edir.
Xatırladaq ki, Rövşən Canıyevi 3 killer 2016-cı il avqustun 18-də İstanbulda güllələyib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.