Sevdiyi qızla barışmaq üçün falçıya müraciət edən gənc əks effektlə üzləşib. Cia.az saytı xəbər verir ki, “Xəzər xəbər”in məlumatına görə, tragikomik hadisə Bakıda baş verib. 23 yaşlı Elmin Məmmədov sevdiyi qızla arasındakı münasibətləri yaxşılaşdırmaq üçün dua yazmasını istədiyi falçı işləri düzəltmək əvəzinə daha pis vəziyyətə salıb.
Elmin Məmmədov falçının adını və ünvanını dostlarından alıb. Amma müraciəti əks effekt verib.
Onun sözlərinə görə, falçı qardaşlardan biri “dua yazmaq”la, digəri isə “cadu etmək”lə məşğuldur.
Məsələni aydınlaşdırmaq üçün Binəqədi rayonu Biləcəri qəsəbəsindəki evində xidmət göstərən falçı qardaşların yanına getdik. Amma ev sahibləri heç də yaxşı qarşılamadılar. Hətta iddiaçı ilə birlikdə bizi qapıdan içəri girməyə imkan vermədilər.
Amma sonradan qapı arxasındanda da olsa suallarımızı cavablandırdılar. 60 yaşlı falçının sözlərinə görə, bu iş onların ailə peşəsidir. Hətta atası babası belə bu işlə məşğul olub.
Falçının sözlərinə görə, əvvəllər tək qardaşı ilə özü yox, başqa adamlarla da birlikdə bu işlə məşğul olublar. Amma polisin xəbərdarlığından sonra artıq əməllərindən əl çəkiblər.
Falçıların insanlardakı məlumatsızlıqdan istifadə etdikləri məlumdur. Buna görə də hər hansı bir problemi həll etmək üçün belələrindən imdad diləmək əvəzinə, bir dəfə daha düşünmək məsləhətdir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.