banner
banner

Sosİal

İŞİD azərbaycanlı komandirini edam etdi

İŞİD azərbaycanlı komandirini edam etdi

İŞİD Sirac adlı azərbaycanlı komandirini edam edib.

CİA.Az Publika.az-a istinadən xəbər verir ki, İŞİD Siracı satqınlıqda ittiham edərək aradan götürüb. Sumqayıt şəhərindən olduğu bildirilən Siracın əvvəllər Əfqanıstanda döyüşdüyü, sonra Suriyaya gələrək İŞİD-ə qoşulduğu bildirilir.

Qeyd edək ki, son zamanlar İŞİD-in müsəlmanlara qarşı törətdiyi cinayətlərə öz daxilindən etiraz edənlərin də sayı çoxalıb. Bu etirazları yatırtmaq üçün terror təşkilatı daxili məhkəmələr quraraq etirazçıları agent, xəvaric elan edərək edam edir.

Bir neçə həftə öncə də əslən Qafqazdan olan Sergey Asimov da agent deyə edam edilmişdi. Daha sonra Asimovun Ümrə ziyarətində çəkdirdiyi fotolar yayılmışdı.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.