Əməkdar artist Elza Seyidcahan yenə hər kəsi təəccübləndirib.
Axşam.az-ın məlumatına görə, müğənni “Onlar” kamerası qarşısına qaloşla çıxıb. O, öz zövqünə güvəndiyini deyib: “Sənətim bir kənarda qalıb, çəkmələrimdən, şlyapamdan danışırlar. Bir dəfə qar yağmışdı. Evdə qaloş var idi. Onu geyinib verilişə gəldim. Yaman səs-küyə səbəb oldu. İsveçin Malmö şəhərinə konsertə getmişdim. Orada gördüm ki, həmin qaloşların çəkmələri çıxıb. Bir daha öz zövqümə əmin oldum. Yaxşı ki, mən o qaloşları geyinmişəm. Avropa qaloşu bizdən götürüb çəkmə edir. Bunun hər geyimimə uyğun növünü almışam. Səhnədə dünya ulduzları da bundan geyinirlər. Amma mən geyinəndə qınağa səbəb olmuşdu”. E.Seyidcahan uşaq vaxtı onu amerikalı rejissor-prodüser Tomas Andersona bənzətdiklərini deyib: “Ondan əvvəl də saçlarım qısa idi, Sərxan Sərxana bənzədirdilər. Hətta deyirdilər ki, siz onun bacısısınız? Saçlarım uzananda Türkan Şoraya oxşatdılar. Fərqli imicdə çıxanda isə Ledi Qaqaya, hərdən də Bülənt Ərsoya bənzədirlər”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.