Yanvarın 21-də saat 14:00-da Bakının Nardaran qəsəbəsində mitinq keçiriləcək. Bu barədə "Report"a Nardaran Ağsaqqallar Şurasının sədri Kərbəlayi Natiq Kərimov məlumat verib. O bildirib ki, aksiya Fransada baş verən terror olaylarından sonra dünyanın bir sıra nüfuzlu nəşrlərinin islam peyğəmbərinin karikaturalarını yenidən dərc etməsinə etiraz əlaməti olaraq keçirilir: "İslam dininin təhqir edilməsinə etiraz edirik. Biz həm də terrora qarşı etirazımızı bildiririk. Aksiya qəsəbənin "İmam Hüseyn" meydanında olacaq və biz bu mitinqə bütün kəndləri dəvət etmişik". N.Kərimov mitinqlə bağlı heç bir dövlət qurumuna müraciət olunmadığını bildirib: "Biz indiyə qədər keçirdiyimiz aksiyalarla bağlı heç bir dövlət qurumuna müraciət etməmişik. Biz yalnız mitinqlə bağlı elan veririk".
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.