banner
banner

Sosİal

Şaxta baba və Qar qız olmaq üçün 60 manat

Şaxta baba və Qar qız olmaq üçün 60 manat
Yeni ili onun atributları sayılan Şaxta baba və Qar qızsız təsəvvür etmək mümkün deyil. Artıq paytaxtın hər yerində Şaxta baba və Qar qıza rast gəlinir. Onlar yolka ağacının kənarında dayanaraq körpələrlə şəkil çəkdirir, onları əyləndirməyə çalışırlar. Maraqlıdır, bəs Bakıda Şaxta baba olmağın şərtləri nədir?
 
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bunun üçün xüsusi yaş məhdudiyyətinin olmadığını dedi: “Şaxta babalar fəaliyyət göstərmək üçün bizdən icazə almalıdır. Gəlib deyirlər ki, məsələn, ”Torqovı"da (Nizami küçəsi-red.)-filan restoranın qabağında qurulmuş yolkanın yanında dayanmaq istəyirəm. Şaxta babaya verilən icazə müddətində onun iş yeri ora sayılır, başqa yerdə gedib dayana bilməz. Biz Şaxta babalara fəaliyyətləri üçün dekabrın 20-dən yanvarın 10-dək icazə vermişik. Şaxta babanı evə aparmaq istəyənlər də olur. Bizə bu cür 7 fiziki şəxs müraciət edib. Biz də buna icazə vermişik. Həmin günlərdə bu şəxslər Şaxta baba kimi evlərə gedəcəklər. Biz bilmirik ki, onlar nə vaxt gedəcəklər. Valideynlər istəsə, bizə müraciət edə bilərlər. Biz valideynləri evə gedə biləcək şaxta babalara yönləndirə bilərik. Bunun üçün dövlət rüsumu 60 manatdır. Onlar gün ərzində qazandıqları puldan artıq heç bir rüsum ödəmirlər. Bu, mövsümi xarakterli işdir. Onlar ona görə Şaxta baba olmaq istəyirlər ki, mövsümi fəaliyyətdən nəsə qazana bilsinlər.  Əvvəllər, yəni sovet dönəmində şaxta babalar aylıq maaş alırdı. Buna görə də məsələ artıq onların küçədə neçə uşaqla şəkil çəkdirib pul qazanmasından getmirdi. Bu fəaliyyət üçün ona icazə və əmək haqqı ödənilirdi. Ancaq indi bu yoxdur. Bu şəxslər 60 manat dövlət rüsumunu ödədikdən sonra kostyumlarını alıb fəaliyyətə başlayırlar. Bu, o qədər də asan iş deyil, əziyyətlidir".
Şaxta baba və Qar qız olmaq üçün xüsusi göstəricilərin olub-olmamasına gəlinə isə Ə. Bağırov bunun üçün xüsusi bir göstəricilərin olmadığını bildirdi: “Əsas odur ki, Şaxta baba və Qar qız olmaq istəyən şəxslərin sağlamlığı yerində olsun. Çünki onlar daim uşaqlarla təmasda olur. İndi qrip yayılıb. Biz çalışırıq ki, Şaxta baba və Qar qız olanlarda heç bir xəstəlik olmasın. Şaxta babaların əksəriyyəti neçə illərdir bizimlə işləyir və biz onların sağlam olduqlarını bilirik. Bu məqsədlə yeni kimsə bizə müraciət edirsə, biz ondan sağlamlıq haqqında arayış tələb edirik ki, bilək, bu adamın ciddi yoluxucu xəstəlikləri var, ya yox. Şaxta baba və Qar qız olmaq istəyənlərdən boyları, yaşları, dil bilib bilməsi ilə bağlı hansısa tələbimiz olmur. Təbii ki, çox dil bilsə, çox yaxşı olardı. Ancaq bilmirsə, biz onu öyrənməyə məcbur etmirik. Şaxta baba və Qar qız olmaq üçün bizə müraciət edənlərin yaşı 35-40-dan yuxarı deyil.                                                                                                                                    
Yaşlıların soyuqda dayanması bir az çətindir.  Elə vaxt olur ki, onlar soyuqda axşam saat 10-12-yə kimi dayanmalı olurlar. Bunların yeməkləri, dincəlmək üçün isti yerləri olmalıdır.  Şaxta baba və Qar qız geyimlərini onların özləri tapır. Sovet vaxtında televiziyalarda Şaxta baba kimi respublikanın tanınmış aktyorları olurdu. Düzdür, onlar gəlib küçədə dayanan deyillər. Ancaq televiziyada da artıq yoxdur. Təəssüf ki, bu ənənələr dayandı. Heyf ki, indi bunların heç biri yoxdur”.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.