Almaniyada Milad günündə evsiz adamı yandırmağa cəhd etdikləri ehtimal edilən yeddi gənc miqrant saxlanılıb, onlar sui-qəsddə ittiham edilib.
15-18 yaşlarında olan şübhəlilərin altısı Berlində baş vermiş hadisənin CCTV videomüşahidə görüntüləri yayımlanandan sonra dərhal polisə təslim olub. Hücuma məruz qalmış zərərçəkmiş şəxs sağ-salamatdır. Polisin məlumatına görə 21 yaşlı yeddinci şübhəli əzmetdirici olub və o, evinin yaxınlığında həbs olunub. Saxlanan şəxslərdən altısı Suriyadan, biri Liviyadadır.
Onların hamısı 2014-cü və 2016-cı illərdə sığınacaq axtaranlar kimi Berlinə gəlib, prokurorluq bildirib.37 yaşlı evsiz kişi bazar günü Berlinin cənub rayonu Neukoellndə yerləşən Schoenleinstrasse metro stansiyasında kağız vərəqlərinin altında skamyada yuxuya gedərkən yandırılıb.Maşinist odsöndürənlə alovu söndürməyə çalışıb, yaxınlıqdan keçənlər də kömək edib. (BBC)
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.