Ötən gün paytaxtın Binəqədi rayonu Mir Cəlal 121 (9-cu mikrorayon) ünvanında "Bursa" MTK-nın inşa etdiyi binanın sakinləri etiraz aksiyası keçiriblər.
Sakinlərin bildirdiyinə görə, 7 ildir yaşadıqları binaya nə qaz verilir, nə də sənəd: "Binada istilik sistemi yoxdur. Dəfələrlə aksiya keçirib şikayət etmişik. Heç kim problemi həll etmir. Bir müddət əvvəl şirkət rəhbərliyi söz verdi ki, bir aya binaya qaz veriləcək, sakinlərə də sənədlər təqdim olunacaq. Artıq 3 ay keçib, heç bir xəbər yoxdur. Bilmirik dərdimizi kimə deyək. Kim bu dələduzlara şərait yaradır ki, bizim hüquqlarımızı pozurlar, aldadırlar. Prezident Administrasiyasına ünvanladığımız şikayətə cavab olaraq, bildirilib ki, bina qanunsuz olaraq, istismara verilib və şirkət məsuliyyət daşıyır. Binədəqi İcra Hakimiyyətindən bizə dedilər ki, məhkəməyə müraciət edək".
Şikayətçilər qeyd ediblər ki, sonuncu keçirilən aksiya zamanı Binəqədi Rayon Məhkəməsinə şikayət ünvanlayıblar.
Sakinlər "Bursa" MTK rəhbərliyinin cəzalandırılması üçün sona qədər mübarizə aparacaqlarını vurğulayıblar.
Məlumat üçün bildirək ki, "Bursa" MTK-nın rəhbəri "İmişli Fərhad" kimi tanınır.
Binəqədi rayon İcra Hakimiyətindən Aktual.az-a məsələdən xəbərsiz olduqlarını dedilər.
"Bursa" MTK ilə əlaqə saxlaya bilmədik. Şirkətin də mövqeyini dərc etməyə hazrıq.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.